Əhməd İsmayılov RTÜK sədri ilə görüşdü – FOTOLARbackend

Əhməd İsmayılov RTÜK sədri ilə görüşdü – FOTOLAR

Türkiyənin Radio və Televiziya Qurumunun (RTÜK) sədri Mehmet Daniş Azərbaycan Media və Yayım Şurasının sədri Əhməd İsmayılovla görüşüb.

KONKRET.az xəbər verir ki, görüş Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu çərçivəsində baş tutub.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında media və yayımçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsini müzakirə ediblər.

Görüşdə həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya, lisenziyalaşdırma, rəqəmsal media xidmətləri, media savadlılığı və uşaqların qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mehmet Daniş Əhməd İsmayılov və rəhbərlik etdiyi nümayəndə heyətini Türkiyəyə dəvət edib. Tərəflər qarşılıqlı səfərlərin və institusional təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

rr 2rr 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*