Ukrayna silahlı qüvvələri Rusiya qoşunlarına “FP-7” ballistik raketindən ilk zərbələrini endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk səhifəsində məlumat verib.
“Ukrayna taktiki ballistikası olan “FP-7”ni ilk döyüş istifadəsinə verilib. Nəticəyə görə təşəkkür edirəm”, – deyə Prezident yazıb.
Prezidentin sözlərinə görə, Ukrayna bu cür raketlərin istehsalını davam etdirəcək.
