Zaqataladakı zəlzələ erməniləri təşvişə salıbbackend

Zaqataladakı zəlzələ erməniləri təşvişə salıb

Bakı vaxtı ilə saat 07:29-da Zaqatala stansiyasindan 16 km cənub-qərbdə, Zaqatala ərazisində zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.

Sosial şəbəkələrin erməni istifadəçiləri zəlzələdən təşvişə düşdüklərini gizlətməyiblər. Onlar status və şərhlərdə qeyd ediblər ki, təkanlar Lori və Tavuşda hiss olunub, Vanadzor, Noyemberyan rayonlarında da yeraltı təkanlar baş verib. Ermənilərin təşvişi isə Spitak zəlzələsini xatırlalamalı olub. Qeyd edək ki, 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini şəhərini məhv edib, Vanadzoru isə dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Görünür, ermənilər zəlzələ dəhşətini hələ də unutmayıblar.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*