Zaxarova: “ATƏT-in Minsk Qrupu ötən ilin fevralında tarixin zibilliyinə atılıb”backend

Zaxarova: "ATƏT-in Minsk Qrupu ötən ilin fevralında tarixin zibilliyinə atılıb"

“ATƏT-in Minsk Qrupunun formatı hələ ötən ilin fevralında tarixin zibilliyinə atılıb”.

KONKRET.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün səylərə kimlərsə tərəfindən zərbə vurulub. Daha sonra ATƏT-in Minsk Qrupunun formatı ötən ilin fevralında tarixin zibilliyinə atılıb.

“Sonra amerikalı və fransalı həmsədrlər uydurma bir bəhanə ilə rusiyalı həmkarları ilə əlaqəni dayandırdılar. Bununla bağlı heç bir aydın izahat yox idi. Bunu nəzərə alaraq, biz ən yüksək səviyyədə müvafiq sazişlər toplusu əsasında üçtərəfli formatlar çərçivəsində İrəvan və Bakıya yardım göstərməyə yönəlmişik”, – deyə Zaxarova bildirib.

O, ABŞ-ın vasitəçiliyi mövzusuna da toxunaraq qeyd edib ki, “biz bunun real addımlarla dolu olduğunu və hər hansı əlavə dəyərə malik olduğunu görmürük”.

Zaxarova əlavə edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına kömək etməkdə davam edir.

“Biz mütəmadi olaraq sizə danışdığımız tərəfdaşlarımıza yardım göstərməyə davam edirik. Bu günlərdə faydalı təmaslar və səfərlər baş tutub. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xarici işlər naziri Sergey Lavrovun xüsusi nümayəndəsi İqor Xovayev İrəvana və Bakıya səfər edib”, – deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyib:

“Sazişin mövzusunun həssaslığını nəzərə alaraq, məsləhətləşmənin təfərrüatlarına varmayacağam. Xarici işlər nazirlərinin bu məsələ ilə bağlı növbəti görüşünü Moskvada təşkil etməyə hazır olduğumuzu bir daha təsdiq edə bilərəm”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*