“Ermənistan rəhbərliyinin bu qərarı əlbəttə ki, təəssüf doğurur. Biz inanmırıq ki, bu, erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkənin təhlükəsizliyinin və sabitliyinin möhkəmləndirilməsinə töhfə verir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan rəhbərliyinin KTMT-yə üzv ölkələrin Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.
“Eyni zamanda, anladığımız qədər, ermənilər təşkilatın işini əngəlləmək, artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər. Əslində bu, İrəvan üçün açıq qapı qoyur, onun gələcəkdə işə qoşulmasına imkan verir və ümid edirik ki, erməni müttəfiqlərimiz yaxın gələcəkdə bu fürsətdən istifadə edəcəklər.
Əminik ki, KTMT xüsusilə indiki şəraitdə regional sabitliyin təmin edilməsində mühüm rol oynamağa hazırdır. Təşkilatın monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi hələ də müzakirə mövzusu olaraq qalır. Bu, Aİ missiyasından fərqli olaraq, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından həqiqətən də mühüm amil olardı”, – deyə Zaxarova bildirib.
Vəli Həsənov,
KONKRET.az

Özünüzü bizdən uzaq tutun, sərhədlərimizi özümüz də, ermənistanla birlikdə, qoruya bilərik!
Əl çəkin!