“Ukrayna prezidenti Volodimir Zelenskinin yeni cavab tədbiri təşkil etmək planları Qərbə əlavə maliyyə inyeksiyalarına və silah təchizatına ehtiyac olduğunu nümayiş etdirmək məqsədi daşıyır”
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Zelenskinin planları ukraynalıların məhvinə gətirib çıxarır
Onun sözləri görə, Zelenskinin Ukraynanın yeni cavab hərəkəti planları ilə bağlı açıqlaması bir neçə səbəbdən qaynaqlanıb. O, vurğulayıb ki, Ukrayna prezidentinin bu cür bəyanatları qan tökülməsini davam etdirmək məqsədi daşıyır və Qərb sponsorlarından yeni maliyyə inyeksiyaları və silah təchizatı almaq istəyini göstərir.
Burhan,
KONKRET.az
