Zelenski Çeçenistan İçkeriya Respublikasının iki ali mükafatına layiq görülüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Çeçenistan İçkeriya Respublikasından iki mükafat – “Millətin Şərəf” ordeni və Coxar Dudayev ordenlərini alıb.
Zelenski bütün dünyada azadlıq və demokratiya naminə fədakar fəaliyyətinə və çeçen xalqı qarşısında şəxsi xidmətlərinə görə təltif edilib. Ukrayna Prezidentinə mükafatlar mühacirətdə olan İçkeriya hökuməti tərəfindən təyin edilib.
Mükafatları Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Kirill Budanov təqdim edib.

Xuraman Etibarlı,
KONKRET.az
