Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovun tutduğu vəzifədən uzaqlaşdırılması imkanını nəzərdən keçirir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onun yerinə artıq iki namizəd irəli sürülüb.
“Birincisi, Ukrayna Baş nazirinin müavini – infrastuktur naziri Oleksandr Kubrakov, ikincisi isə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışindir”, – deyə Zelenskinin ofisindəki mənbə bildirib.


Məlumata görə, Reznikovun özü isə Ukraynanın Böyük Britaniyadakı səfiri ola bilər.
Qeyd edək ki, Reznikov ukraynalılar arasında çox məşhurdur.
“Politico”ya görə, Ukraynanın hazırkı müdafiə naziri Zelenskinin yerinə namizədlərdən biri ola bilər.
İqbal Rzayev,
KONKRET.az
