Zelenski Leonid Kravçukla vidalaşıb.
KONKRET.az xəbər verir ki, dünyasını dəyişmiş Ukraynanın birinci prezidenti Leonid Kravçukla Kiyevdəki Ukrayna Evində keçirilən vida mərasimi keçirilib. Ukraynanın hazırkı prezidenti Volodimir Zelenski vida mərasiminə həyat yoldaşı Yelena ilə qatılıb.
Zelenski və xanımı qara yas paltarında, iki mühafizəçinin əhatəsində gəlib.
Vida mərasimi başa çatıb. Leonid Kravçuk Kiyevdəki Baykove qəbiristanlığında dəfn olunacaq.
Xuraman Etibarlı,
KONKRET.az
