Zelenski xəbərdarlıq etdi: “Ukrayna Rusiya ilə danışıqlardan imtina edəcək”backend

Zelenski xəbərdarlıq etdi: "Ukrayna Rusiya ilə danışıqlardan imtina edəcək"

“Mariupolda ukraynalı hərbi əsirlərin məhkəməsi baş tutsa, Kiyev və Moskva arasında danışıqlar aparılmayacaq”.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində deyib.

Bundan əvvəl o, Rusiya qoşunlarının onların nəzarətində olan ərazilərdən çıxarılmasını danışıqların bərpası üçün şərt adlandırmışdı.

“Əgər xalqımız bütün razılaşmalara, beynəlxalq qaydalara zidd olaraq bu mənzərəyə sürüklənsə, bu, istehza olacaq. Bu, danışıqların mümkünsüz olduğu xətt olacaq”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, may ayında Kiyevin təşəbbüsü ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar dayandırılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*