Krım hökumətinin rəsmisi Zaur Smirnov Ukrayna prezidenti Vladimir Zelenskinin Krım və Rusiyanın yeni bölgələrinin sakinlərini “hamı bizimdir” adlandırdığı Yeni il müraciətinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Zelenskinin bütün sözləri şıltaq bir komediya, riyakarlıq və oyundur”, – deyə o qəzəblənib.
Smirnov deyib ki, Ukrayna liderinə xatırlatmaq lazımdır ki, onun haqqında danışdığı “bizimkilər” hələ 2014-cü ildə Krımdan qaçıblar. Onun sözlərinə görə, yarımada həmişə Ukrayna üçün yad olub və ukrayna ruhu heç vaxt burada mövcud olmayıb.
20 oktyabr 2022-ci il tarixindən etibarən Luqansk və Donetsk Xalq Respublikaları, eləcə də Zaporojye və Xerson vilayətləri ərazisində hərbi vəziyyət qüvvədədir. 30 sentyabr 2022-ci ildə dörd yeni region Rusiyanın tərkibinə daxil olub. Regionlarda referendumlar 2022-ci il sentyabrın 23-dən 27-dək keçirilib.
Burhan,
KONKRET.az
