Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılardan nə xəbər var – ƏTRAFLIbackend

Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılardan nə xəbər var - ƏTRAFLI

Türkiyədə zəlzələ bölgəsində yaşayan və indiyədək xəbər alına bilinməyən azərbaycanlıların sayı ilə bağlı dəqiqləşdirilmə aparılır. 

KONKRET.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.

“Son məlumata görə, xəbər alına bilinməyən azərbaycanlıların sayı 2 nəfər idi. Onlarla bağlı dəqiqləşdirilmə aparılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək”, – səfirlik rəsmisi deyib.

Aygün Qocayeva həmçinin azərbaycanlıların zəlzələ bölgəsindən təxliyəsinin davam etdirildiyini söyləyib.

“Türkiyədə zəlzələ bölgəsində yaşayan və zərərçəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir. Vətəndaşlar müraciət etdikcə təxliyələr həyata keçirilir”,- deyə o vurğulayıb.

Qeyd edək ki, zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi ölkəyə gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*