Zəlzələ kəndi iki yerə böldü – FOTO/VİDEObackend

Zəlzələ kəndi iki yerə böldü - FOTO/VİDEO

Kahramanmaraşda baş verən zəlzələnin kəndlərə vurduğu ziyan havadan görüntülənib.

KONKRET.azTRT Haber”ə istinadən xəbər verir ki, Qaziantepin Gökçədərə kəndində zəlzələnin yaratdığı qırılma çatlara səbəb olub.

Kənd sakinləri bildirib ki, qırılmalar qəbiristanlıqda çatlar yaradıb və bəzi qəbirləri zədələyib.

Daha ətraflı videoda:

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər isə yaralanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*