Zəlzələdən sağ çıxan ailənin 7 üzvü yanğında HƏLAK OLDUbackend

Zəlzələdən sağ çıxan ailənin 7 üzvü yanğında HƏLAK OLDU

Türkiyədə zəlzələdən sağ çıxan ailənin 7 üzvü yanğında həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Konyada gecə saatlarında evdə baş verən yanğında zəlzələdən sağ çıxan suriyalı qaçqın ailə yanaraq ölüb.

Yanğın söndürülən zaman evin tavanının çökməsi söndürmə işlərinə mane olub. Yanğınsöndürənlər dağıntılar altından 7 nəfərin cəsədini çıxarıblar.

Onların bir neçə gün əvvəl Nurdağıdan Konyaya gəldiyi məlum olub.

Ev sahibi ailənin yaxınlarıdır və onlar zəlzələdə evlərini itirdikləri üçün oraya müvəqqəti yerləşmişdilər.

Yanğında xəsarət almayan və sağ qalan ev sahibləri hər ikisi qaçaraq xilas olublar.

Qeyd edək ki, Türkiyə rəsmiləri zəlzələdən ciddi ziyan çəkən 17 min nəfərlik Nurdağı şəhərinin tamamilə sökülməsinə qərar verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*