“Zəngəzursuz Ermənistanın dövlət kimi dəyəri olmayacaq” – Danielyanbackend

"Zəngəzursuz Ermənistanın dövlət kimi dəyəri olmayacaq" - Danielyan

“Zəngəzur olmadan Ermənistanın dövlət kimi dəyəri olmayacaq”. 

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan Sputnik Ermənistan-ın “Abovyan Time” verilişində deyib.

O bildirib ki, Ermənistanın əsas, bəlkə də yeganə dəyəri İran və Gürcüstanla sərhədləri birləşdirən Zəngəzurdur.

“Xəritəyə baxsaq, Ermənistan İran və Gürcüstan arasında dar bir dəhlizdir. Bu, Ermənistanın dəyəridir. Əgər biz o dəyəri itirsək, dövlətimiz beynəlxalq siyasət baxımından mənasız olacaq”, – deyə  Danielyan bildirib.

Politoloqun fikrincə, Zəngəzursuz Ermənistan bir dövlət kimi öz dəyərini itirəcək və Ermənistanın taleyi nə Rusiyanı, nə İranı, nə də Qərbi maraqlandıracaq.

P.S. Bundan əvvəl “Qarabağsız Ermənistan olmayacaq” deyirdilər… 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*