Zərdüşt Əlizadə: “Ermənilərin maksimum 1 ili qalıb”backend

Zərdüşt Əlizadə: "Ermənilərin maksimum 1 ili qalıb"

Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları fonunda müharibə proqnozları da verilir. Hətta ötən yazılarımızın birində deyildiyi kimi, “müharibə də sülh qədər yaxındır”.

KONKRET.az bu istiqamətdə yaranan suallara aydınlıq gətirmək üçün politoloq Zərdüşt Əlizadədən müsahibə alıb. O, hazırda diplomatik, siyasi çəkişmənin getdiyini deyib:

“Burada müxtəlif siyasi qüvvələrin maraqları var. Rusiyanın, Avropanın, Amerikanın, Fransanın, Azərbaycan öz maraqlarını, Türkiyə özünün, Ermənistan da öz maraqlarını güdür. Ona görə də bu maraqları uzlaşdırmaq üçün xeyli çəkişmələr gedəcək”.

Politoloqun fikrincə, müharibə ehtimalları olsa da, bu çətin baş versin. Çünki buna mane olan xarici qüvvələr çoxdur:

“Ermənistan cəmiyyəti də parçalanmış cəmiyyətdir. Sülhü istəyənlər də var, amma münaqişədən qazanan çox nüfuzlu, varlı və həyasız qüvvələr də az deyil. Ona görə də hələ uzun çəkəcək. Görək”.

– Uzun çəkəcək? Onsuz da ermənilərin niyyəti danışıqları yenə 30 il uzatmaqdır.

“Yox, 30 il çəkməyəcək. Çünki bu dəfə şərtlər elədir ki, onların maksimum 1 ili qalıb”, – deyə Zərdüşt Əlizadə cavabını yekunlaşdırıb.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*