Prezident Salome Zurabişvili ilə Gürcüstanda hakim “Gürcü arzusu” partiyası arasında münaqişə getdikcə dərinləşir.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, partiya Zurabişviliyə münasibətdə bundan sonra “prezident” sözünü işlətməyəcəyini və onun statusuna tamamilə məhəl qoymayacağını bildirib.
“Onun xalqın seçdiyi deputatlardan, onu seçən çoxluqdan legitimliyi yoxdur. Ona görə də biz ona prezident deməyəcəyik, sadəcə olaraq Salome Zurabişvili adlandıracağıq”, – deyə partiyanın baş katibi Mamuka Mdinaradze bildirib.
Qeyd edək ki, Zurabişvilinin Fransanın LCI telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin və Çinin baş katibi Si Tszinpinin mühakimə olunacağı ilə bağlı suala cavabı böyük qalmaqala səbəb olub.
Müsahibədən sonra Gürcüstan hökuməti bu cür bəyanatların Çinlə strateji əməkdaşlığa zərər verə biləcəyindən narahatlığını bildirib. Gürcüstanın baş naziri Qaribaşvili Çin səfiri ilə görüşüb. O, Çinə və Si Cinpinə dostluq və rəğbətini bir daha bəyan edib, səfirdən üzr istəyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
