00 OO 000 dövlət nömrə nişanını bu şəxs alıbbackend

00 OO 000 dövlət nömrə nişanını bu şəxs alıb

Ermənistanda hər kəsin sahib olmaq istədiyi 00 OO 000 dövlət nömrə nişanını Gorus icmasının başçısı Aruş Aruşanyanın atası alıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, “Qızıl nömrələr”in hərracı 28 fevral 2024-cü il tarixində başa çatıb. Məlum olub ki, 00 OO 000 nömrə nişanı da daxil olmaqla, 7 nömrə nişanı 156 milyon drama satılıb.

Bu gün məlum olub ki, avtomobil nömrələrini “Arsan” MMC alıb. Həmin şirkət isə Gorus icmasının rəhbəri Aruş Aruşanyanın atası, MMC-nin direktoru Qaqik Samveli Aruşanyana məxsusdur.

“Hraparak”la söhbətində Aruşanyan avtomobil nömrələrini özünün aldığını inkar etməyib və jurnalistləri bu barədə ona sual verməməyə çağırıb: “Səni nə maraqlandırır? Nə işiniz var mənimlə?! Mən Gorus merinin atasıyam, adi insan deyiləm. Bəs hansı nömrəni almalıydım ki?!”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Qalib ARİF
    Mart 11, 2024 - 14:07

    Mənim üçün daha maraqlıdır ki, Bakıda 77-AA-777 nömrə nişanını kim alıb?! 99-AA-999 nömrə nişanının kimdə olduğunu bilirəm, amma 777-ni bilmirəm…

Qalib ARİF üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*