“Nokia” şirkətinin prezidenti və baş icraçı direktoru Raciva Suri uzunmüddətli fəaliyyətindən sonra vəzifəsindən gedir.
KONKRET.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
“Nokia”da 25 illik fəaliyyətimdən sonra artıq başqa işlə məşğul olmaq istəyirəm”, – deyə Suri qeyd edib.
Qeyd edək ki, Suri 2009-cu ildən “Nokia Solutions” və “Networks”un baş direktorudur. Onun yerinə “Fortum” energetik şirkətinin əvvəlki prezidenti və baş direktoru Pekka Lundmark gələcək. Lundmark “Nokia”da rəsmi şəkildə sentyabrın 1-dən işləməyə başlayacaq.
