Göygöl rayonunda bələdiyyə mühasibinin meyitinin aşkarlanması ilə bağlı bəzi təfərrüat məlum olub.
KONKRET.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Sovda Əsəd oğlu Orucov 20 il ərzində Çaykənd bələdiyyəsində mühasib vəzifəsində çalışıb.
O, bu gün işə gedib. Axşam saatlarında bələdiyyə binasının işıqlarının yandığını görən digər əməkdaşlar binaya daxil olublar. Bu zaman onun meyitini aşkarlayıblar.
Meyit tibbi ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, mərhumun meyitinin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb. O, ailəli olub və üç övladı var.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır./Oxu.az
