İranda hansı yəhudi məzarına hücum olunub? – Bəqayibackend

İranda hansı yəhudi məzarına hücum olunub? – Bəqayi

Antisemitizm Avropa fenomeni olub, İran dini və ya sivilizasiyası ilə heç bir əlaqəsi yoxdur.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“İranın müxtəlif bölgələrində təxminən 100 sinaqoq fəaliyyət göstərir. Ölkə ərazisində yerləşən yəhudi peyğəmbərlərinin və tanınmış şəxsiyyətlərinin məzarlarına nəzər salın.

Yəhudiləri təmsil etdiyini iddia edən, lakin əslində bunu etməyən bir rejimlə genişmiqyaslı müharibə aparmağımıza baxmayaraq, yəhudilərin müqəddəs məkanlarına qarşı neçə hücumun şahidi olmuşuq? Nadir hallarda belə bir hadisə baş versə belə, dərhal tədbir görülərək məsələ həll edilib.

Avropadan soruşmaq lazımdır: yəhudi qəbiristanlıqlarının hücuma məruz qaldığı, sinaqoqların isə tikanlı məftillərlə əhatə olunmağa və ya üzərindəki lövhələrin götürülməsinə məcbur edildiyi hansı mədəniyyəti formalaşdırmısınız?” – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*