Qazaxıstanın Pavlodar şəhərində azyaşlı qız əvvəlcə ayaqyoluna düşən eynəyini götürərkən özü də həmin çuxura düşüb. Konkret.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, hadisə yerinə gələn xilasetmə qrupu və polis əməkdaşları azyaşlını çuxurdan çıxara bilib. Aparılan araşdırmada məlum olub ki, “Şaxtaçı” istirahət parkında iki azyaçlı qız bundan əvvəl iki qutu pivə içib. Həyata keçirilən xilasetmə əməliyyatından sonra qızlar tibbi müayinədən keçdikdən sonra məlum olub ki, hər ikisi sərxoşdur. Bu vəziyyət onların valideynlərinə bildirilib. Utancverici hadisə şəhərdə ciddi ajiotaj yaradıb.
Faktla bağlı yetkinlik yaşına çatmayanların valideynləri inzibati məsuliyyətə cəlb ediliblər. Pavlodar vilayətinin polis idarəsində onlarla profilaktik söhbət aparılıb. Bundan əlavə, azyaşlılara spirtli içki satan mağazanın sahibi məsuliyyətə cəlb olunub.
Elman ŞİRMƏMMƏDOV