Samux rayonunun Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
