Almaniyada 17 yaşlı ukraynalı basketbolçu Vladimir Yermakovu kimin öldürdüyü məlum olub.
KONKRET.az xəbər verir ki, “BİLD” nəşrinin məlumatına görə, basketbolçu avtobusda münaqişə zəminində 15 yaşlı türkəsilli məktəbli tərəfindən bıçaqlanaraq öldürülüb.
Cinayət Oberhauzen şəhərində törədilib. Basketbolçu 18 yaşlı komanda yoldaşı ilə evə gedirmiş. O, avtobusda yeniyetmələrlə mübahisə edib və tərəflər arasındakı mübahisə qanlı davaya çevrilib. Yermakov aldığı bıçaq yaralarından xəstəxanada ölüb, ikinci basketbolçunun vəziyyəti isə ağırdır.
Onun qətlində şübhəli bilinənlərin hamısı saxlanılıb. Qətlə ittiham olunan şəxs Almaniyada yaşayan türk əsilli 15 yaşlı yeniyetmədir.
Saxlanılanlar arasında Herne şəhərində yaşayan 14 yaşlı yunan da var.
Natiq Səlim,
KONKRET.az