190 manatın verilməsində şərtlər yumşaldılıb? – Rəsmibackend

190 manatın verilməsində şərtlər yumşaldılıb? - Rəsmi

“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin (190 manat) verilməsi ilə bağlı şərtlərin yumşalması məsələsi yoxdur”.

KONKRET.az-ın xəbərinə görə, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, birdəfəlik ödəmənin alınması üçün iki əsas meyar var:

“Birincisi meyar ondan ibarətdir ki, vətəndaş işsiz statusuna uyğun gəlməlidir. 190 manatlıq birdəfəlik vəsaiti almaq üçün ikinci əsas meyar isə odur ki, ailədə ər və ya arvad dövlətdən hər hansı bir digər ödənişləri (pensiya, müavinət, təqaüd və digər bənzər ödənişlər) almamalıdır. Müraciət edən şəxslər bu iki meyardan keçərlərsə, onlara 190 manatlıq birdəfəlik vəsait təyin olunur və ödənilir”.

Report

  • Elcin Ehmedov
    Aprel 22, 2020 - 20:48

    Salam biz ailede 8 neferik ailede hec kim islemir men Lift sirketinde isleyirdim karantin dovrunde isden cixmisam ve birdefelik odeme ucun qeydiyyatdan kecmisik hec bir cavab yoxdur helede

  • Alidə
    Aprel 26, 2020 - 21:15

    Salam.Birinci meyar işsiz statusu almışam.İkinci meyara gəldikdə isə resmi nigah var lakin aliment aliram və 12 ildir ki, başqa qeyri rəsmi ailəsi və oğlu var.Mən yalnız alimentlə dolanıram.Amma mən sms vasitəsi ilə E-Sosialdan 4.1.3 maddəsinə əsas imtina cavabı almışam.Adımda olan torpaq evimin olmadiğı üçün atamdan qalan mirasdır.İmkanim yoxdur tikdirməyə.Qeydiytatda olduğumuz 2 otaqlı mənzil isə atamın bacısına məxsusdur.Evimiz olmadığı üçün burada yaşayırıq.7 nəfər 2 otaqda körpəmizdə var böyügümüzdə var.Alimentdən başqa gəlirimiz yoxdur.Nə edək biz?

  • Ramil
    Aprel 30, 2020 - 12:12

    Adimda etibarname (mawin) oldugu ucun mene imtina smsi geldi hec menim pravam yoxdu, etibarnameni legv elesem sonra ne edim?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*