Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti və Norveç Baş naziri ilə telefon danışığı aparıb və tərəflər birbaşa təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, Kreml tərəfindən yayılan məlumata görə, üç ölkə liderinin telefon danışığının əsas müzakirə mövzusu Ukraynadakı münaqişə zonasında yaranan cari vəziyyət və onun ilkin səbəbləri olub.
Putin uzunmüddətli sülhün əldə olunmasının yalnız Rusiyanın qanuni maraqlarının tam və qeyd-şərtsiz nəzərə alınmasından keçdiyini bir daha diqqətə çatdırıb.
Danışıq zamanı həmçinin Aİ və NATO ölkələrinin döyüş əməliyyatlarının uzanmasına səbəb olan konfrontasion siyasəti sərt şəkildə vurğulanıb. Liderlər Baltik dənizi və Şimali Avropa regionlarında təhlükəsizlik və sabitliyin təmin olunması məsələlərinə toxunublar.
Bundan əlavə, Rusiya, Norveç və Finlandiya liderləri Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Əbu-Dabidə danışıqlar aparması ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıblar. Sonda Putin, Stubb və Støre gələcəkdə də birbaşa telefon əlaqələrini saxlamaq barədə razılığa gəliblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
