Ermənistan parlamentindəki müxalifətçi “Ermənistan” blokunun fraksiyası ABŞ-la TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına qarşı səs verəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində sənədin müzakirəsi zamanı fraksiya rəhbəri Anna Qriqoryan bildirib.
O, sazişlə bağlı fraksiyanın narahatlıqlarını açıqlayaraq Ermənistan üçün gözlənilən iqtisadi faydalar, nəqliyyat kommunikasiyalarının açılması və qarşılıqlılıq prinsipinin tətbiqi ilə bağlı məsələlərə toxunub.
Deputatın sözlərinə görə, saziş ikitərəfli xarakter daşısa da, sənəddə Azərbaycanın maraqları da əksini tapıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
