190 manatla bağlı imtina mesajlarına aydınlıq gətirildi – ƏTRAFLIbackend

190 manatla bağlı imtina mesajlarına aydınlıq gətirildi - ƏTRAFLI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birdəfəlik ödəmə (190 manat) ilə bağlı sosial şəbəkə səhifələrində müzakirə olunan bəzi məsələlərə aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbovun sözlərinə görə, imtina SMS-lərində şəxsin özünün və ya həyat yoldaşının adına ev, maşın, əmək müqaviləsi, aktiv VÖEN, pay torpağı və s. olması barədə qeyd edilən məlumatlar aidiyyəti dövlət qurumlarının rəsmi informasiya ehtiyatlarından əldə edilir:

Vəfat etmiş şəxslər barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Bu barədə yayılan məlumatlar araşdırıldıqca ortaya çıxan mənzərə onu göstərir ki, vətəndaşlar elektron qeydiyyat zamanı vəfat etmiş şəxsin məlumatları yerinə öz yaxın qohumlarının FİN məlumatlarını daxil edib. Elektron sistem də avtomatik olaraq daxil edilən FİN üzərindən araşdırma apararaq qeyd edilən şəxsin məlumatları əsasında şəxsin aktiv əmək müqaviləsinin olduğu, adında və ya istifadəsində iki və daha çox nəqliyyat vasitəsi aşkarlandığı və s. bu kimi səbələrdən imtina qərarı vermiş olur.

Nikah münasibətlərinin pozulması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Nigah münasibətlərinin pozulmasına baxmayaraq vətəndaşa ər və ya arvadla bağlı məlumatlar əsasında imtina edilməsinin əsas səbəbi onların ailə vəziyyəti ilə bağlı şəxsiyyət vəsiqələrini dəyişdirməməsidir. Belə ki, e-sistem onu şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən “evli” kimi tanıyır. Mövcud şəxsiyyət vəsiqəsində (şəxs boşansa belə) evli kimi qeyd edilən şəxslərdən birinin birdəfəlik ödəmə ilə bağlı meyarlara uyğun gəlməməsi avtomatik olaraq keçmiş ər və ya arvada da imtina qərarının getməsinə səbəb olur.

Birdəfəlik ödəmə üçün müraciət etməyən və ya edən şəxsin mobil nömrəsinə digər şəxs barədə göndərilən SMS-lərlə bağlı: Bu halın baş verməsinin əsas səbəbi vətəndaşın qeydiyyat zamanı əlaqə vasitələrini düzgün daxil etməməsidir. Nazirliyin rəsmi facebook səhifəsinin messenger (inbox) bölməsinə daxil olan müraciətlərdə də aydın görünür ki, bəzi vətəndaşlar mobil nömrələrini səhv daxil etmiş və düzəliş edilməsini xahiş edirlər. Vətəndaşlar belə hallarla bağlı 142 – Çağrı Mərkəzinə və ya rayon (şəhər) Məşğulluq Mərkəzlərinə məlumat verməlidirlər.

İstifadəsində və ya adında avtomobilin olmaması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Mümkündür ki, siz hazırda nəqliyyat vasitəsi istifadə etmirsiniz, lakin etibarnamə əsasında elektron sistemdə nəqliyyat vasitəsinin istifadəçisi kimi görünə bilirsiniz. Yaxud maşını etibarnamə ilə kiməsə satmısınız, lakin həmin avtomobil sizin adınızdadır. Müvafiq sorğu əsasında Daxili İşlər Nazirliyinin elektron sistemindən əldə edilən məlumat əsasında bu, müəyyən olunur və vətəndaşa da aidiyyəti məzmunda SMS göndərilir.

Əmək müqaviləsinin olması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Qeyd edək ki, həmin vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilir. Həmin vətəndaşlar iddia edə bilər ki, mən artıq işdən çıxmışam, niyə mənim müqaviləm qüvvədədir. Bildirək ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir. Dövlət orqanının işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir.

Subay olduqları halda ailəli şəxs kimi yanlış imtina göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Daha öncə göndərilən SMS-lərdəki köhnə mətnin məzmunu müraciət edən subaydısa özünə, evlidirsə özünə və ya həyat yoldaşına aid edilməlidir. Hazırda isə həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılır. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur”.

  • Seymur cabbarlı
    Aprel 30, 2020 - 20:07

    Bir ay işsiz qaldım son 3 gunde mecburiyerden işe duzeldim sırazı atkaz mesajı geldi 2 hefdeditki qeydiyatdan kecmişdim gözlediler gözlediler işe duzelesi oldum atkaz mesajı yoladılar

  • Yusif eliyev
    Aprel 30, 2020 - 20:39

    60m corey pulu aliram 190m vermediler men 60m nece aile saxliyim kiraye qaliram evimde corey yoxdu is siz oturmuwuq 2 usagim var

  • Samran
    Aprel 30, 2020 - 23:05

    Mən qiyabide oxuyuram kollecde mənə eyanide təhsil alırsan imtina mesaji gelib

  • Samran
    Aprel 30, 2020 - 23:06

    Mən qiyabide oxuyuram mənə eyanide oxuduğum üçün imtina mesaji gəlib

  • Kenan
    May 1, 2020 - 00:06

    Menim masinim olu 1 il bundan qabaq satmisam masinda hal hazirda menden alanin adinadi,mesaj gelibki adinizda masin var bu gulmelidi vallah,bele cixirki siz 190 manati almaqcun bomuj olasan

  • Sehriyar
    May 1, 2020 - 00:42

    Evde 6ti neferden ibaretik ucu qadin ucu kisi olmaqla hec birimiz islemirik Atamin adina 4sot torpaq var o torpaqdanda hec cire isdifade ede bilmirik ekincilik hemde 99ilik torpaqdır Dovletdende hec birimiz 190manati almamisiq ozumuzde mecburi kocgunik sadece olaraq 3nefer kaminal pulu alir adam basinada 60manatdan yeni her ay Dovletdende 180manat pul aliriq. Qazidi suyudu isigidir bu 180manat hec catmir anam asma xesdesi sekeri ve bedenide xos xesdeliyi olan sisderi var atama hemcinin2sisden qoyulub ureyine gore uc cur derman atir hemde qirijasi var indi Dovletimiz desin 180manatla nece dolanaq hec birimiz de isdeyirik karantindeyik. Xayis edirik Prezdentimizden bize komeklik edsin elaqe nomreside ona gore qoyuram 0553518686

  • Sehriyar
    May 1, 2020 - 00:46

    Evde 6ti neferden ibaretik ucu qadin ucu kisi olmaqla hec birimiz islemirik Atamin adina 4sot torpaq var o torpaqdanda hec cire isdifade ede bilmirik ekincilik hemde 99ilik torpaqdır Dovletdende hec birimiz 190manati almamisiq ozumuzde mecburi kocgunik sadece olaraq 3nefer kaminal pulu alir adam basinada 60manatdan yeni her ay Dovletdende 180manat pul aliriq. Qazidi suyudu isigidir bu 180manat hec catmir anam asma xesdesi sekeri ve bedenide xos xesdeliyi olan sisderi var atama hemcinin2sisden qoyulub ureyine gore uc cur derman atir hemde qirijasi var indi Dovletimiz desin 180manatla nece dolanaq hec birimiz de isdemirik karantindeyik. Xayis edirik Prezdentimizden bize komeklik edsin elaqe nomreside ona gore qoyuram 0553518686

  • Nizami
    May 1, 2020 - 08:38

    Salam. Adımda avtomobili ancaq sürmək üçün etibarname var. Mənə istifademde nəqliyyat vasitəsi olduğu üçün imtina mesajı gəlib.Zehmet olmasa buna yenidən baxardiniz.
    İsmayılov Nizami İsmayıl oğlu. Subay
    AZE 17582079
    Fin 1H30SX7
    055 8701019

  • Vidadi
    May 1, 2020 - 11:02

    Salam mğn gözümlə gördüyümü yazıram. 2 gün öncə banka getmişdim növbədə azı 200 nəfər var idi. Gələnlərə baxırdım əksəriyyətin mersedes ml,prado, və başqa xarici maşınla gəlib 190 manat almağa baxdım və fikirləşdim ki bu vəsait ancaq imkanlılar üçün ayrılıb.yazıq kasıbın bir sınıq sökük maşını var taksi ilə məşğul olurdu.karantinlə əlaqədar oturub evdə.ona yardım düşməz çünkü vaxtı ilə taksidə çox qazanıb. Ayıbdır çıxıb yalandan danışırsız.gəlin xalqın içərisinə görün nələr danışırlar. Hörmətli prezident yardım ayırıb amma verməmək üçün min oyun çıxarırsız.

    • konul
      May 4, 2020 - 04:06

      Duz deyrsiz ancag imkanlilarin dovletidi bizim dovlet mene de sms gelibki aztemnatli meyarina uygun gelmediyun ucun imtina edilirsiz axi iki az yawli korpem var atasiz boyudurem tenha anayam adimada hecbiwey yoxdu bunu da gormurlermi hec olmaya iki gun evvel gozlerimin wahidiyem hansiki 4evi var kiraye verir o aldi ama mene duwmur deyir qonwuda surduyu xarici markaliawini var 190manat ala bildi dovletumiz bizi kimi kasiba yox imkani olan larin dovletidi

  • Anar
    May 1, 2020 - 22:01

    Milleti dolayiblare.adina surme davernusu olan davernusu yemelidi??? Torpaq olan torpaqi yemelidi???evde qalmaqa mecbur edirsense onda çorek pulunu ver.sms gonderib arsiz arsiz ki adina mawin var.ama mawinim yoxdu.kecmiwden qalma surme davernusu var.indi men davernusu qaynadib suyunu icsem doyacam???minbir firildaq edirlere vermemek ücun.e biraz vicdaniniz olsun,camahat ölüre acindan içi men qariwiq…sözu olan zeng eder seyf deyiremse.055-862-96-66

  • Elcin
    May 5, 2020 - 15:56

    Bizede verin neolar.issizik arasdirib baxsinlar hecyerde ad yoxdu.masin demey olmaz hec coxdan satilmis bir seye gore puldan olduq

  • Elvin
    May 6, 2020 - 17:38

    Mende iwsizem nece vaxtdi adima hecne yoxdu mene azteminatliligin uygun olmadigi ucun 190 manat vermeye imtina edibler sebeb niyee tekrar yoxlatdirin

  • Həmidov Rahid
    May 6, 2020 - 22:31

    Mən isdemirem amma mənə 190 manat birdəfəlik odemedə düşmədi .işsizəm zəhmət olmasa səbəbini deyərdiz həyat yoldaşıma da imtina gəlib .eşidme qabilyetimde yoxdu həyat yoldaşıma da özümdə imtina gəlib niyə ?

  • Ə.Nurane
    May 10, 2020 - 19:29

    Bes bu nazirliyin bawi duzgun iwlemirki belke bu insanin wexsiyyet vesiqesin deywmeye ya vaxti yada imkani yoxdu? Men bowanmiwam ama wexsiyyetde evli yazlib o demek deilki men evliyem. Bir arawdirinda. Sistemde bowanmiwam bir wexsiyyetnen ele her weyi qerar vermek duzgun deil. Yalannan indide bu behane cixdi ortaya. Onda bele cixirki evlenib ama wexsiyyetde subay olanlar aldilar. Ama erleri en yaxw yerlerde iwdeyr.. Bu ne edaletsiz olkedi bele. Ehtiyacm oldugu halda evliylen wexsietinde subay yazlanlar menim haqqimi yediler burunlarinnan gelsin ele hamsinin

  • Rena
    May 15, 2020 - 22:24

    190m mene imtina geldi hec bir sebeb olmadan men kiraye qaliram iki usaq anasiyam .evvelden zaksim olmayib .tek anayan hal hazirda

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*