MTK-ların yeni qalmaqalı: Vətəndaşın xəbəri olmadan mənzili satışa çıxarılırbackend

MTK-ların yeni qalmaqalı: Vətəndaşın xəbəri olmadan mənzili satışa çıxarılır

Son vaxtlar Mənzil Tikinti Kooperativləri və vətəndaşlar arasında daha bir aktual problem üzə çıxıb. Vətəndaşların kütləvi şikayətinə əsasən, bəzi MTK-lar aylıq ödənişin gecikməsi halında, sakinlərə xəbər vermədən mənzili satışa çıxarır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, tikinti şirkəti ilə sakinlər arasında münasibətlər müqavilə ilə tənzimlənir:

“MTK ilə vətəndaş arasında münasibətlər müqavilə əsasında tənzimlənir. Ödəniş qaydaları müqaviləyə əlavə olan tarixçə ilə təsdiqlənir. Yəni tarixçədə göstərilir ki, filan tarixdə ödənişlər olacaq.

Müqavilədə də göstərilir ki, o ödənişlər bir ay və yaxud da iki ay gecikəndə hansı inzibati tədbir görülür, yəni belə deyək, faiz üzərinə əlavə olunur, yaxud da uzun müddət əgər ödəniş etmək qabiliyyətində deyilsə vətəndaş, o zaman mənzil onun əlindən alınır, müqavilə qüvvədən düşür və s.

Yəni bu cür şeylər müqaviləyə baxandan sonra biz müəyyən edə bilərik ki, tərəflərin hansının hüququ nə qədərdir. Ümumiyyətlə götürdükdə, əgər qeyd olunduğu kimi bir aydan bir neçə gün keçibsə, 15, 30-cu ay ödəniş tarixi ilə 15-20 gün keçibsə, bununla bağlı mənzil alınıb başqa birisinə satıla bilməz. Bu tamamilə qanunsuz hərəkətdir”.

V. Oruc əlavə edib ki, mənzil dəyərinin 50 faiz ödənibsə, mütləq vətəndaş məhkəməyə müraciət etməlidir:

“Böyük bir məbləğ ödənildiyinə görə, bu, məhkəmə predmetidir. Mənzil dəyərinin 50 faiz ödənibsə, mütləq vətəndaş məhkəməyə müraciət eləməlidir. “Mənzil satılandan sonra 10 faiz tutulub qaytarılacaq” bəndi isə heç bir qanunda bu göstərilməyib. Çünki bu, müqavilə ilə müəyyənləşdirilməlidir. MTK burada ciddi şəkildə qanunsuzluq etmiş sayılır. Hətta müzakirəyə də açıq olmadıqları onu göstərir ki, vətəndaşın hüququnu tapdalamaqda bunlar qərarlıdırlar.

Bu məsələyə görə mütləq hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət olunması məqsədəuyğundur. Amma yenə də müqaviləyə diqqət yetirmək və müqavilədəki vətəndaşın və qarşı tərəfin götürdüyü öhdəlikləri nəzərdən keçirmək məqsədə müvafiqdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*