2 milyard kubmetrdən artıq su ehtiyatı əldə etmişik – NƏTİCƏLƏRbackend

2 milyard kubmetrdən artıq su ehtiyatı əldə etmişik - NƏTİCƏLƏR

Araz çayının ölkəmizin ərazisindən keçən hissəsinə də Azərbaycanın tam nəzarəti təmin edilmişdir və bu da bizə əlavə dividendlər gətirəcək. Bu ərazilərdə müxtəlif dövrlərdə su anbarları tikilmişdir. Bir sıra anbarların adlarını da çəkmək istərdim. Xudafərin su anbarı 1,6 milyard kubmetr su həcmindədir. Qız qalası su anbarı tikilməkdədir – 62 milyon kubmetr. Sərsəng su anbarı 565 milyon kubmetr həcmindədir. Suqovuşan su anbarı – 6 milyon kubmetr, Xaçınçay su anbarı – 23 milyon kubmetr, Köndələnçay kiçik su anbarları – 14,8 milyon kubmetrdir”.

KONKRET.az xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayev bu məlumatı prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədəki çıxışında söyləyib.

Baş nazirin müavini əlavə edib ki, torpaqlarımızın işğaldan azad edilməsi təqribi hesablamalara görə, Azərbaycan 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı əldə edib. Eyni zamanda, su tələbatının daha etibarlı imkanları yaranır və bu da su təhlükəsizliyimizin təmin olunması baxımından çox əhəmiyyətlidir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*