Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq törətmiş şəxslər yaxalanıb.
KONKRET.az DİN-ə istinadla xəbər verir ki, şübhəli bilinənlər əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyevdir.
Zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn B.Xudiyev sonradan onun üzərində külli miqdarda pul olduğunu digər dəstə üzvlərinə xəbər verib.
Bundan sonra onlar zərərçəkmişə yaxınlaşaraq içərisində 200 min manat olan çantanı ələ keçirib hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı cinayət işi başlanılıb.
