2024-cü ildə dünyada 14-ü qadın olmaqla, 122 jurnalist və media işçisi dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu məlumat Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) tərəfindən açıqlanıb. Euronews yazır ki, 2024-cü il jurnalistlər üçün ən ölümcül illərdən biri olub.
Dekabrın 10-da Beynəlxalq Jurnalistlər Federasiyası ötən il öldürülən mətbuat işçilərinin ilkin siyahısını açqılayıb. Orada 104 jurnalistin adı yer alıb.
Ondan sonra ilin sonuna qədər keçən 3 həftə ərzində Fələstində 9, Suriyada isə 2 jurnalist öldürülüb.
KONKRET.az