Dünyaşöhrətli futbolçu, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo çıxış etdiyi Səudiyyə Ərəbistanı klubunun həmmülkiyyətçisi ola bilər.
KONKRET.az xəbər verir ki, bu haqda “DAZN Portugal” məlumat yayıb.
Bildirilir ki, 41 yaşlı futbolçu və daha dörd investor klubun alınması ilə bağlı təklif hazırlayırlar. Tərəflərin hər biri azı 92 milyon avro sərmayə qoymağı planlaşdırır.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından bəri “Əl-Nəsr”də çıxış edir. Bu müddət ərzində o, karyerası ərzində vurduğu qolların sayını 979-a çatdırıb.
