2025-ci il İranla MÜHARİBƏ İLİ ELAN EDİLDİbackend

2025-ci il İranla MÜHARİBƏ İLİ ELAN EDİLDİ

İsrailin Baş Qərargah rəisi Eyal Zamir 2025-ci ili HƏMAS və İranla müharibə ili adlandırıb. 

KONKRET.az xəbər verir ki, o bildirib ki, cari il Qəzza zolağında HƏMAS hərəkatı və İranla müharibə ili olacaq. Bu barədə məlumatı “The Jerusalem Post” paylaşıb.

Baş Qərargah rəisi ordunun planlarını açıqlayaraq deyib ki, İsrail qüvvələri digər cəbhələri də tərk etməyi planlaşdırmır. “Bizim hərbi qüvvələr çox cəbhəli müharibəyə hazırdır”, – deyə Eyal Zamir vurğulayıb.

Baş Qərargah rəisi HƏMAS-ın əsirlikdə saxladığı girovların azad edilməsi üçün bütün lazımi səylərin həyata keçiriləcəyini də bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*