29 ildən sonra Şuşada bayram namazı qılındı – VİDEO – YENİLƏNİBbackend

29 ildən sonra Şuşada bayram namazı qılındı - VİDEO - YENİLƏNİB

İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra ilk dəfə qılınan Ramazan bayramı namazı başa çatıb.

KONKRET.az xəbər verir ki, bayram namazı Yuxarı Gövhərağa məscidində QMİ sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Bayram namazından sonra Hacı Şahin Həsənli xütbə söyləyib və dualar oxunub.

***

 09:10
Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınır.

KONKRET.az xəbər verir ki, 29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namaz birbaşa canlı yayımlanır.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-si və 13-ü “Xarıbülbül” musiqi festivalı keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*