Ötən gün ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, 5342 ədəd metadon həbi də aşkar olunaraq götürülüb.
Sentyabrın 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 2,1 ton çəkidə 1967 ədəd narkotik tərkibli bitki isə aşkarlanaraq məhv edilib.
