3400-dən çox Gürcüstan vətəndaşı deportasiya edildibackend

3400-dən çox Gürcüstan vətəndaşı deportasiya edildi

2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrindən 3438 Gürcüstan vətəndaşı deportasiya edilib. Gürcüstan hökuməti readmisiya müqaviləsi çərçivəsindən onlardan 15-ni qəbul etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, deportasiya edilənlərdən 2042-si kişi, 521-i qadın və 871-i yetkinlik yaşına çatmayan şəxs olub.

Almaniya 1818 Gürcüstan vətəndaşını deportasiya etməklə siyahıda birinci yerdədir.

İkinci yerdə 543 nəfərlə Fransa, 3-cü yerdə isə 327 nəfərlə İrlandiya dayanır. Sonrakı yerləri 134 nəfərlə İsveçrə və 143 nəfərlə Yunanıstan tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*