backend

11 min erməni hərbçi fərarilik edib - Paşinyanın arvadından şok etiraf

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan şok açıqlama verib.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, o, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfdə 11 min hərbçinin fərarilik etdiyini bildirib.

Hakobyan bu barədə müharibə zamanı ölən erməni hərbi qulluqçu David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən danışıb.

O qeyd edib ki, 44 günlük müharibədə Ermənistan ordusunda fərarilərin sayı 11 min nəfər təşkil edib: “11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit…”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*