Qırğızıstan Prezidenti oğlu ilə bağlı qalmaqala münasibət bildirdi – VİDEObackend

Qırğızıstan Prezidenti oğlu ilə bağlı qalmaqala münasibət bildirdi - VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov təsdiq edib ki, oğlu Rüstəm İssık-Kul sahilində irimiqyaslı idman kompleksinin tikintisinə nəzarət edir.

KONKRET.az xəbər verir ki, bundan əvvəl Qırğızıstanın “Politklinika” nəşri İssık-Kul sahillərində obyektlərin tikintisi ilə bağlı araşdırma dərc edib.

Bildirilib ki, Milli Təhlükəsizlik Dövlət Komitəsi “Avrora Plus” pansionatında özəlləşdirilmiş kotteclərin dövlət mülkiyyətindən çıxarılması faktı ilə bağlı cinayət işi açıb. Bu işdə “SK-development”in rəhbəri Aleksey Konev də daxil olmaqla bir neçə nəfər iştirak edib. Belə ki, şübhəli şəxs yazılı öhdəliyə baxmayaraq, ölkəni tərk edə bilib. O, şirkətdəki payını simvolik 500 soma ölkə prezidentinin oğlu Rüstəm Japarovun dostu Eldos Usenbekova satıb.

Jurnalistlərin fikrincə, bu şirkət İssık-Kulda 68 hektar ərazidə beşulduzlu otel, villalar, kotteclər və qolf klubunun daxil olduğu kompleks tikir. 

Prezident Sadır Cəfərov qeyd edib ki, altı ay əvvəl bu işi araşdırıb. Onun sözlərinə görə, qaçan iş adamı bankdan 3 milyon dollar kredit götürüb və qaytarmayıb. Dövlət başçısı qeyd edib ki, “SK-development” şirkəti qolf klubunun tikintisi üzrə müsabiqədə 92 hektar torpaq sahəsi qazanıb.

“Onlar xərcləri süni şəkildə 10 dəfə bahalaşdıraraq obyekt tikməyə başladılar. Biz bunu dayandırdıq. Çünki bu məbləğ dövlətin üzərində qalacaqdı. Koş-Köl kəndində 92 hektar torpağı itirməmək üçün Rüstəmi (oğlu – red) göndərdim. O, tikinti başa çatana qədər qiymətlərə nəzarət edəcək”, – deyə prezident bildirib.

Japarovun sözlərinə görə, oğlu indi investorları cəlb edir və onlar prezidentin oğluna etimad göstərdiyi üçün gəlirlər:

“Bir nəfərin sərmayə qoyduğu barədə məlumatlar var. Bacarırsınızsa, ölkəyə investor cəlb edin, başqalarını təhqir etməyi dayandırın. Bəzi zəngin qırğızlar kimi xarici ölkələrdə zavod, fabrik tikməyin, Qırğızıstanda tikin”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*