Tanınmış aktyorun son halı: Taksi sürücüsü işləyir – VİDEObackend

Tanınmış aktyorun son halı: Taksi sürücüsü işləyir - VİDEO

“Hərdən evə yorğun gələndə deyirəm ki, axı mən indi çəkilişdən gəlməli idim. Amma bir az hörmətim qalıb, onu da çəkilişlərdə itirmək istəmirəm”.

KONKRET.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində taksi sürücüsü kimi də çalışan aktyor İlyas Əhmədov deyib.

Kirayədə yaşayan aktyor taksi fəaliyyətinə necə başlamasından danışıb: “Teatrdan 3-4 il uzaqlaşmalı oldum. Kreditlərim var idi. Borclarım yığılıb qalmışdı. İşləyib onları ödəməyə çalışıram”.

O, Azərbaycan seriallarında çəkilməməsinin səbəbinə də aydınlıq gətirib: “Teatrda işim çoxdur. Həm də taksi ilə başım dincdir. Seriallarda çəkilmək üçün verilən pul azdır. Həm də gərək yaltaqlıq edəsən”.

 

  • Nadir Həsənov
    Mart 13, 2024 - 08:28

    Bu yeganə hadisə deyil. Bakıda sürətli poçt daşımalar şirkətlərinin birində Gənc tamaşaçılar teatrının istedadlı aktyoru motokuryer işləyirdi. Daima başında motodəbilqə olduğu üçün yaxşı ki, onu tanımırdılar.

Nadir Həsənov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*