44 günlük müharibədə məğlubiyyətə görə Ermənistanda polkovnik HƏBS EDİLDİbackend

44 günlük müharibədə məğlubiyyətə görə Ermənistanda polkovnik HƏBS EDİLDİ

Ermənistanda polkovnik həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İK 2020-ci ildə Azərbaycanın o vaxtkı işğal olunmuş ərazilərində xidmət etmiş Ermənistan Silahlı Qüvvələrinin zabitinin həbs edildiyini bildirib. İK-dən verilən məlumata görə, zabitin “hərəkətsizliyi” nəticəsində Talış və Suqovuşan kəndləri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

“44 günlük müharibə zamanı polkovnik S.A.-nın təqsiri nəticəsində Qarabağın Ağdərə rayonunun Talış və Suqovuşan yaşayış məntəqələri düşmənin nəzarətinə keçdi.

2019-cu ilin noyabrından 2020-ci il oktyabrın 4-dək “Arsax”ın “müdafiə ordusu”nun N-ci müdafiə bölgəsinin komandiri vəzifəsində xidmət etmiş polkovnik S.A. gücləndirilmiş döyüş növbətçiliyində olarkən bir sıra hüquqi və normativ qaydaları pozub.

Belə ki, təqsirləndirilən şəxs 2020-ci il sentyabrın 26-da onun dəvət etdiyi zabitlərin və digər qonaqların (ümumilikdə müdafiə ordusunun 100-ə yaxın zabiti, – Ermənistan İstintaq Komitəsinin qeydi) iştirakı ilə təqsirləndirilən şəxs hərbi hissənin yaranma gününə həsr olunmuş bayram tədbiri təşkil etmiş və keçirmişdir.

Şənlik zamanı polkovnik S.A. döyüş növbətçiliyinə daxil olan tabeliyində olan bölmələrdən cəbhə xəttində, eləcə də düşmən xəttinin arxasında qüvvə və vasitələrin hərəkəti və cəmləşməsi haqqında məlumatlar almışdır. Bundan əlavə, ona təhlükə səviyyəsinin kəskin artması barədə məlumat verilib. Bütün bu amillər hərbi əməliyyatların başlanmasını istisna etmirdi.

Nəticədə 27 sentyabr 2020-ci il tarixdə yerli vaxtla saat 07:10 radələrində polkovnik S.A.-nın hərəkətsizliyi nəticəsində (sərxoş olması) Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bu konkret perimetrə hücuma keçib. Sonrakı saatlarda onlar müdafiəni yarıb arxaya keçmişlər.

Düşmən yüksəklikləri və komanda müşahidə məntəqələrini ələ keçirdikdən sonra Qarabağın Ağdərə rayonunun Talış və Suqovuşan kəndi düşmənin nəzarətinə keçib”, – Ermənistan İstintaq Komitəsinin bəyanatında deyilir..

Erməni mediası söhbətin polkovnik Sevak Abramyandan getdiyini təxmin edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*