450 milyon avro dəyərində kokain YANDIRILDIbackend

450 milyon avro dəyərində kokain YANDIRILDI

İtaliya polisi tərəfindən təxminən iki ton ağırlığında və dəyəri 400-450 milyon avro olan böyük kokain partiyası Siciliyada yandırılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Maliyyə Qvardiyası məlumat yayıb.

Qeyd olunub ki, laboratoriya nəticələri tapılan kokainin Cənubi Amerika mənşəli olmasını sübut edib.

Belə ki, narkotik paketləri zirehli furqonda, polis helikopterlərinin müşayiəti ilə ləğvetmə yerinə daşınıb. Çeşidləmə və avtomobilə yenidən yükləmə gizli yerdə həyata keçirilib.

Qvardiyanın saytında kokain qutularının ləğvi prosesini əks etdirən video yerləşdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*