Göldən tapılan həkim şəhid qızı imiş – atası ilə eyni yaşda…backend

Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda...

Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda həkimin meyiti göldən tapılıb.

KONKRET.az unikal.az-a istinadla xəbər verir ki, meyiti tapılan 53 yaşlı Sevda Nəbiyeva şəhid qızıdır.

Mərhumun atası Nəbiyev Camal Abbasəli oğlu 1991-ci il fevralın 15-də 53 yaşında şəhid olub.

C.Nəbiyev Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən ermənilər tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*