5 nəfərlik ailə 280 saat sonra dağıntılar altından SAĞ ÇIXARILDIbackend

5 nəfərlik ailə 280 saat sonra dağıntılar altından SAĞ ÇIXARILDI

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

KONKRET.az xəbər verir ki, Adıyamanda xilasetmə əməliyyatı nəticəsində 5 nəfərlik ailə 280 saat sonra xilas edilib.

41 yaşlı kişi, həyat yoldaşı və 3 uşağı ilə birlikdə dağıntılar altından sağ çıxarılıb. Onlara ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdiriliblər.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 39 mini keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*