52 məktəbə direktor təyin edildi – RƏSMİbackend

52 məktəbə direktor təyin edildi - RƏSMİ

2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələri məlum olub.

Təhsil Nazirliyindən KONKRET.az-a bildirilib ki, nəticələrə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib. Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilir. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, imtahan, müsahibə və vakant yerlərə yerləşdirmə) ibarətdir.

  • Eldəniz
    Sentyabr 14, 2020 - 21:55

    Nolar mənimdə övladım ibtidayi sinif müəlliməsidi onada bir iş versəniz adamım yoxdu sözümü deyə beş ildiki pedaqoji texnikumu qutarıb hec olmasa məktəbdə uşaq bagcasında kitabxanacı da olsa işə götürən yoxdu

Eldəniz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*