Saat 14:00-dan bu ərazilərdə qaz KƏSİLƏCƏKbackend

Saat 14:00-dan bu ərazilərdə qaz KƏSİLƏCƏK

Bu gün Lənkəran rayonunun iki kəndinin qaz təchizatında fasilələr yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə”Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 14:00-dan təmir işləri ilə bağlı rayonun Digah və Şiləvar kəndlərində təbii qaz təchizatında fasilələr yaranacaq. Gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*