Urmiya gölünün suyu artdı: Yenə quruyacaq?backend

Urmiya gölünün suyu artdı: Yenə quruyacaq?

Urmiya gölündə mövcud olan su miqdarı 3.5 milyard kubmetrə çatıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə Urmiya Gölünün Bərpası Qərargahının Planlaşdırma və İnteqrasiya Ofisinin direktoru Səid İsapur məlumat yayıb.

O, Urmiya gölünün sahəsinin də 2255 kvadrat kilometrə çatdığını bildirib və bunun ötən ilin eyni dövrü ilə müqayisədə 1700 kvadrat kilometr çox olduğunu bildirib.

Son həftələr su hövzəsi ərazisində kifayət qədər yağıntı, gölə axan çaylarda suyun çoxalması və bəndlərdən suyun buraxılması Urmiya gölünün vəziyyətinin yaxşılaşmasında əsas amillər olub.

Urmiya gölünün Bərpası Qərargahının keçmiş katibi İsa Kəlantəri isə mediaya verdiyi müsahibədə gölün canlanması ilə bağlı məlumatları şişirdilmiş hesab edib:

“Göldə su miqdarının artması bərpa layihələrinin icrasına görə deyil, bu, əsasın təbiətin səxavətinin nəticəsidir. Son 2 ay ərzində yağan yağışlar gölün canlanmasında əsas rol oynayıb və yay aylarında suyun buxarlanması ilə Urmiya gölü yenidən quruyacaq”.

Qeyd edək ki, sahəsinə görə Urmiya gölünün maksimum su həcmi 30 milyard kubmetr, orta su həcmi isə 15 milyard kubmetr olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*