6 yaşlı uşaq polis atasını güllələyib öldürdübackend

6 yaşlı uşaq polis atasını güllələyib öldürdü

Bolqarıstanın Plovdiv şəhərində Daxili İşlər Nazirliyinin binasında altı yaşlı uşaq ehtiyatsızlıqdan polis əməkdaşı olan atasını güllələyib.

KONKRET.az xəbər verir ki, azyaşlı iş yerində xidməti tapança ilə atasını öldürüb.

Faktla bağlı araşdırma və intizam icraatına başlanılıb. Daxili işlər naziri Kalin Stoyanov Daxili İşlər Nazirliyinin regional idarəsinin direktorunun istefasını tələb edib.

Bildirilir ki, ölən 49 yaşlı Nikolay Filipov Plovdiv polisinin xüsusi təyinatlı dəstəsinin atıcılıq üzrə təlimatçısı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*