Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması barədə qərarına sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, Ərdoğan bu addımı Türkiyəyə qarşı atılmış iftira adlandırıb. Prezident bəyan edib ki, Qəzzada böyük əksəriyyəti qadın və uşaq olmaqla 73 min günahsız insanın qanına əlləri batmış cinayətkar şəbəkənin ölkəsinə qarşı irəli sürdüyü iddiaların heç bir dəyəri yoxdur.
Ərdoğan vurğulayıb ki, Türkiyənin min illik şərəfli tarixində nə soyqırım, nə kütləvi qırğın, nə zülm, nə də müstəmləkəçilik olmayıb: “Tariximiz boyu yalnız ədalət və mərhəmət hökm sürüb. Bizim tariximiz inkvizisiyadan və nasist təqiblərindən qaçanlara sığınacaq vermək kimi fəzilətlərlə doludur”.
Türkiyə lideri qeyd edib ki, Qəzzada törətdikləri vəhşilikdən diqqəti yayındırmaq üçün Türkiyəyə və türk millətinə iftira atanlar, əslində, öz tarixlərinə nəzər salsalar, həqiqəti daha yaxşı görərlər.
Natiq Səlim,
KONKRET.az
