Günəşdə güclü partlayışlar baş veribbackend

Günəşdə güclü partlayışlar baş verib

Günəşdə gün ərzində gücünə görə sondan əvvəlki – M sinfinə aid üçüncü alışma qeydə alınıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Moskva vaxtı ilə iyunun 30-da saat 15:57-də (Bakı vaxtı ilə 16:57 – red.) rentgen diapazonunda 4475 (S07W53) ləkələr qrupunda 37 dəqiqə davam edən M5.9 sinifli alışma qeydə alınıb”, – məlumatda qeyd olunub.

Bundan əvvəl M sinfinə aid daha iki – M1.3 və M1.4 sinifli alışmanın baş verdiyi bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*